Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazadılar

 Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazadılar

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində 5 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, komandamız yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Kamran Quliyev G-10 divizionunda birinci, Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü yeri tutublar.

Adilə Niftəliyeva G-24 divizionunda üçüncü, kata üzrə mübarizədə ikinci pillədə qərarlaşıb.