Millətlər Liqasında yığmamızın oyununda Barmaqsız olacaq
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının D2 qrupunda Lixtenşteynlə keçirəcəyi oyununun təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Millətlər Liqası. D Divizionu. 2-ci qrup
1 oktyabr
20:00 Azərbaycan - Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çioxirka
Baş hakimin köməkçiləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şəfəq Barmaqsız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

