Türkiyə böyük hesabla uduzdu, Zlomisliç 90, Puxaç 65 dəqiqə oynadı - UEFA Millətlər Liqası

Türkiyə böyük hesabla uduzdu, Zlomisliç 90, Puxaç 65 dəqiqə oynadı - UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasında 2-ci tur davam edir.

"Mediasport" xəbər verir ki, daha 8 qarşılaşma keçirilib.

"Qarabağ"ın bosniyalı qapıçısı Martin Zlomisliç və monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç müvafiq olaraq Rumıniya və Ermənistan səfərlərində 90 dəqiqə meydanda olublar.

"Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaç isə İsveç səfərində 65 dəqiqə oynayıb.

A Liqasının 1-ci qrupunda yarışan Türkiyə yığması doğma meydanda İtaliyaya böyük hesabla uduzub.

Xatırladaq ki, "ay-ulduzlular" qrupda daha əvvəl Fransaya məğlub olmuşdular (0:1).

Zinəddin Zidanlı Fransa isə bu dəfə eyni hesabla səfərdə Belçikaya qalib gəlib.

UEFA Millətlər Liqası. 2-ci tur


A Liqası, 1-ci qrup

Türkiyə – İtaliya 1:4

Belçika – Fransa 0:1


B Liqası, 2-ci qrup

Gürcüstan – Ukrayna 0:0

Şimali İrlandiya – Macarıstan 0:0

4-cü qrup

İsveç – Polşa 3:1

Rumıniya – Bosniya və Herseqovina 2:4


C Liqası, 2-ci qrup

Ermənistan – Monteneqro 2:3

Latviya – Kipr 0:0