"Turan Tovuz" - "Fənərbaxça" qarşılaşmasında anşlaq olacaq
Bakıda keçiriləcək “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” klubları arasındakı yoldaşlıq oyunu üçün bilet satışı davam edir.
"Mediasport" xəbər verir ki, görüş üçün artıq 16500 bilet satılıb.
Matç gününə qədər 30 min biletin satılacağı proqnozlaşdırılır.
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayanacaq.

