Ağayev Ukrayna millisinin matçında - UEFA-dan təyinat
Azərbaycanlı baş hakim Əliyar Ağayev UEFA Millətlər Liqasının B2 qrupunda Gürcüstan və Ukrayna arasında keçiriləcək oyunun hakimi təyin edilib.
"Mediasport" xəbər verir ki, ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli, eləcə də dördüncü hakim Rauf Cabarov kömək edəcək.
Oyun bu gün Tbilisidə keçiriləcək və matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

