Ayxan Abbasov Nərimanın U-21-ə göndərilməsinin səbəbini açıqladı

Ayxan Abbasov Nərimanın U-21-ə göndərilməsinin səbəbini açıqladı

“İlk növbədə sabah Tacikistana qalib gəlməliyik. Rəqib 2026-cı ildə məğlub olmayıb. Bilirsiniz ki, hazırda boşda olan rəqib tapmaq çətindir. Tacikistan bura gəlib, bizlə oynamağa razı oldu”.

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis sabah Bakıda Tacikistan yığması ilə baş tutacaq yoldaşlıq görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.

O, milliyə namizəd bütün futbolçuların diqqətdə saxlanıldığını vurğulayıb:

“Elə futbolçular olacaq ki, dörd oyunun hamısında çıxış edəcək. Bütün futolçularımız diqqətimizdədir.

Nəriman Axundzadəyə gəlincə, ABŞ-də olanda xoşbəxt deyildi. Çünki yay toplanışda da bizə demişdi ki, oynamaq istədiyim yerə getmək istəyirəm.

“Ərzurumspor”da son matçlarda şans tapa bilmir. Nəriman öz üzərində işləyən futbolçudur. Daha çox praktika qazanması üçün U-21 milliyə göndərdik”.