Azərbaycan çempionu yeni baş məşqçi təyinatını açıqladı

 Azərbaycan çempionu yeni baş məşqçi təyinatını açıqladı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən "Xankəndi" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisini Röyal Nəcəfov çalışdıracaq.

Mütəxəssislə 2026/2027 mövsümün sonunadək müqavilə bağlanıb.

O, bugünlərdə postundan ayrılan Zaur Hacıyevi əvəzləyib.

Hacıyev "Xankəndi"ni ötən mövsüm 2-ci Liqada çempion etmişdi.