Boksçularımız 10 medal qazandı

 Boksçularımız 10 medal qazandı

Azərbaycan boksçuları Çində keçirilən böyüklər və gənclər (U-19) arasında beynəlxalq "Kəmər və Yol" turnirində 10 (2-3-5) medal qazanıblar.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Dünya çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar.

Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.

Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.