Marko Yankoviç İrəvanda 90 dəqiqənin ən yaxşısı seçildi

Marko Yankoviç İrəvanda 90 dəqiqənin ən yaxşısı seçildi

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro yığması UEFA Millətlər Liqasında ikinci oyununda da qələbə qazanıb.

"Mediasport" xəbər verir ki, Mirko Vuçiniçin baş məşqçisi olduğu kollektiv C Divizionunun 2-ci turunda Ermənistan futbolçuları ilə qarşılaşıb.

İrəvanda baş tutan görüş monteneqroluların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

90 dəqiqə meydanda olan Ağdam klubunun üzvü 8,2 balla qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

İlk turda Kiprə qalib gələn (2:1) Monteneqro seçməsi 6 xalla qrupda liderdir.