Azərbaycan milli komandasının baş məşqçisi ilin ən yaxşısı seçildi

Azərbaycan milli komandasının baş məşqçisi ilin ən yaxşısı seçildi

Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında 1-ci yeri tutan Azərbaycan milli komandasının baş məşqçisi Oyan Nəzəriani diqqətdən kənar qalmayıb.

"Mediasport" xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) mütəxəssisi ilin ən yaxşı məşqçisi seçib.

Bu münasibətlə qurumun Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva tərəfindən məşqçimizə xüsusi mükafat təqdim olunub.