Azərbaycan idmançısı Avropa çempionatında 3 medal qazandı

Azərbaycanlı ağırlıqqaldıra İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz qitə birinciliyində 3 medal qazanıb.
O, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala, birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.
Toplamda 308 kq nəticəyə imza atan idmançı iki hərəkətin cəmində yekun sıralamada Avropa çempionatının gümüş mükafatını əldə edib.