Nuray Əbilova Kosovoda Avropa birinciliyində iki medal qazandı

 Nuray Əbilova Kosovoda Avropa birinciliyində iki medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçimiz yarışda 2 medal qazanıb.

Birdən qaldırma hərəkətində 70 kq çəkini başı üzərinə qaldıran idmançı təkanla qaldırmada 85 kq-ın öhdəsindən gələrək bürünc mükafata sahib çıxıb.

O, toplamda isə 155 kq nəticə ilə növbəti bürünc medal qazanıb.