Azərbaycan idmançısı Avropa çempionatında rekordçu oldu
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi adını qazanıb.
"Mediasport" xəbər verir ki, 79 kiloqram çəki dərəcəsində yarışan idmançımız birdən qaldırma hərəkətində 151 kiloqram çəkini ram edib.
Təkanla qaldırma hərəkətində 189 kiloqram ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kiloqram nəticə göstərib.
Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan Ravin toplamda Avropa çempionatının qalibi olub.
O, eyni zamanda, təkanla qaldırma hərəkətində və toplamda Avropa çempionatının rekordunu müəyyənləşdirib.
