Azərbaycan idmançısı Dünya Kubokuna qələbə ilə başladı

 Azərbaycan idmançısı Dünya Kubokuna qələbə ilə başladı

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku start götürüb.

"Mediasport" xəbər verir ki, reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb.

Gərgin keçən qarşılaşmada boksçu rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Bu görüş aprelin 22-də olacaq.

Qeyd edək ki, boks üzrə Dünya kuboku aprelin 26-da yekunlaşacaq.