Dünya Kuboku: Sübhan Mamedov azı bürünc medalı təmin etdi

Dünya Kuboku: Sübhan Mamedov azı bürünc medalı təmin etdi

Azərbaycan boksçusu Sübhan Mamedov Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.

"Mediasport" xəbər verir ki, 50 kq çəki dərəcəsində yarışan idmançımızın türkiyəli rəqibi Samet Gümüşün döyüşə gəlməyib.

Beləcə, 1/2 finala adlayan boksçumuz azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Azərbaycanın 11 boksçu ilə qatıldığı Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.