Boksçumuz Serbiyada dünya çempionatında 1/8 finala çıxdı

Boksçumuz Serbiyada dünya çempionatında 1/8 finala çıxdı

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər.

İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Dünya çempionatının ikinci günündə 2 boksçumuz gücünü yoxlayacaq.