17 boksçumuz Bakıda finala çıxdı, 18-i isə bürünc medalı təmin etdi

 17 boksçumuz Bakıda finala çıxdı, 18-i isə bürünc medalı təmin etdi

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb.

"Mediasport" xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 6 oğlan, 11 qız idmançısı finalda iştirak hüququ qazanıb.

Oğlanların həlledici görüşündə 44 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcək. Qızların mübarizəsində 4 çəki dərəcəsində (46 kq, 48 kq, 50 kq, 52 kq) Azərbaycan finalı baş tutacaq.

18 boksçumuz isə artıq bürünc medalı rəsmiləşdirib. Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov, Hüseyn Vahabov (hər ikisi 75 kq), Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) turniri 3-cü pillədə başa vurublar.

Final görüşləri bu gün keçiriləcək. Bakı Boks Mərkəzində qızların mübarizəsi saat 12:00-da, oğlanların yarışı saat 14:00-da başlanacaq.


"Heydər Əliyev Kuboku-2025"


Oğlanlar. 1/2 final


44 kq

Əli Ruşanov (Azərbaycan) – Həsrət Məmmədov (Azərbaycan) – 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29)

Həsən Sərhədli (Azərbaycan) – Abdulrahim Məmmədov (Azərbaycan) – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26)

48 kq

Əli Əliyev (Azərbaycan) – Zaza Mdinaridze (Gürcüstan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27, 30:27)

54 kq

İbrahim Bədəlli (Azərbaycan) – Zanqqar Sailavbek (Qazaxıstan) – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27)

60 kq

Şahin Aslanov (Azərbaycan) – Ruşen Saydullayev (Özbəkistan) – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 30:27)

+80 kq

Səftər Məmmədzadə (Azərbaycan) – Şojahon İslomov (Özbəkistan-2) – birinci tam üstünlüklə qalib gəlib