Azərbaycan millisi Avropanın 10 "bədbəxt" yığmasından biri oldu

Azərbaycan millisi Avropanın 10 "bədbəxt" yığmasından biri oldu

2026-cı ildə tarixdə ilk dəfə 48 ölkənin təşkilatçılığı ilə keçiriləcək futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə qrup mərhələsinə yekun vurulub.

D qrupunda mübarizə aparan Azərbaycan milli komandası ABŞ, Meksika və Kanadanın birgə keçirəcəyi mundialın final mərhələsinə lisenziya qazanan "köhnə qitə" ölkələri sırasında yer ala bilməyib.

Qrup sonuncusu olan yığmamız pley-off görüşlərində də iştirak hüququ əldə etməyib.

Məyusedici məqamlardan daha biri odur ki, komandamız seçmə mərhələni və ümumilikdə 2025-ci ili qələbəsiz başa vurub.

Yığmamızın DÇ-nin Avropa zonası üzrə seçmə qrup mərhələsində 3 xal üzünə həsrət qalan 10 komandadan biri olması Azərbaycan futbolunun hansı ağrılı duruma düşməsinin bariz nümunəsdir.

Azərbaycan millisi kimi, 54 yığma arasında daha 9 ölkə - Lüksemburq, İsveç, Belarus, Litva, San Marino, Moldova, Lixtenşteyn, Andorra və Cəbəllütariq də seçmə mərhələdə qalibiyyət görməyib.

Xatırladaq ki, qrupda keçirdiyi 6 matçın 5-də uduzan futbolçularımız yalnız 1 görüşdə heç-heçə etməyə nail olublar.

Mediasport.com.az