Azərbaycan millisi yenidən "İnkişaf Kuboku" turnirində iştirak edəcək

Azərbaycan millisi yenidən "İnkişaf Kuboku" turnirində iştirak edəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası yenidən Belarusda keçiriləcək "İnkişaf Kuboku" turnirində iştirak edəcək.

"Mediasport" xəbər verir ki, yarış 19-23 fevral aralığında paytaxt Minskdə təşkil olunacaq.

Yığmamız B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Belarus (U-16), Rusiya (U-17) və Özbəkistan (U-17) futbolçuları olacaqlar.

A qrupunda isə Belarus, Minsk millisi, Qazaxıstan və Tacikistanın U-17 komandaları gücünü sınayacaq.

Xatırladaq ki, millimiz 2024-cü ildə analoji yarışda bütün oyunlarda uduzaraq sonuncu, 2025-ci ildə isə 4-cü yeri tutmuşdu.


İnklişaf Kuboku


19 fevral

13:50 Azərbaycan U-17 – Rusiya U-17

20 fevral

14:20 Azərbaycan U-17 – Özbəkistan U-17

21 fevral

16:40 Belarus U-16 – Azərbaycan U-17