Azərbaycan Potidəki beynəlxalq yarışa 12 nəfərlik heyətlə yollandı
Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan iyulun 10-dan 12-dək keçiriləcək turnirdə 12 nəfərlik heyətlə təmsil olunacaq.
Akademik avarçəkmədə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov, İsabala Dadaşzadə mübarizə aparacaq.
Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov kanoe qayığında mükafatçılar sırasına düşməyə çalışacaq.
Kayak növündə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə heyətdə yer alacaq.
Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcək.


