6 idmançımız İsveçrədə Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycan avarçəkənləri İsveçrənin Lütsern şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, 27-29 iyun tarixlərində baş tutacaq yarışda 44 ölkədən 500-dən artıq idmançı mübarizə aparacaq.
Ölkəmizi turnirdə 6 idmançı - Bəhmən Nəsiri, Ziya Məmmədzadə, Murad Sadıxov, Fyodor Tixanov, Nikita Eskin və Lev Dobriantsev təmsil edəcək.