Bakı birinciliyi başa çatdı

  Bakı birinciliyi başa çatdı

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil edilib.

"Mediasport" xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.

Yarışlar üç yaş kateqoriyası üzrə (2008-2009, 2010-2011, 2012-2013) oğlan və qızlar arasında keçirilib.

İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə birincilik uğrunda yarışıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.