Avarçəkənlərimiz İtaliyadan gümüş və bürünc medallarla qayıdırlar
Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız İtaliyada keçirilən "Paolo d"Aloja" xatirə turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz reqatada iki medal qazanıblar.
Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.
Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yeri tutub.
