Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ"ı təbrik etdi!

 Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ"ı təbrik etdi!

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

"Mediasport" paylaşımı təqdim edir:

“Danimarka çempionu “Kopenhagen” Futbol Klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” Futbol Klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.