Bu gün onun günüdür!
Bu gün Azərbaycanın bir nömrəli futbol adamı Qurban Qurbanovun doğum günüdür.
“Qarabağ”ın baş məşqçisi 54 yaşını qeyd edir.
1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuş Qurban Qurbanov peşəkar karyerasına doğma bölgənin “Daşqın” komandasında başlayıb.
O, müvafiq ardıcıllıqla “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Volqa-Qazprom” (Rusiya) və “İnter” klublarında forma geyinib.
1992–2005-ci illərdə Azərbaycan milli komandasının heyətində 68 oyunda 14 qol vurub.
2008-ci ildən Ağdam klubuna rəhbərlik edən mütəxəssis 2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
"Qarabağ"la Azərbaycan adına Avropada tarixi nailiyyətlərə imza atmış mütəxəssis UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasında pley-offa komanda çıxarmış yeganə azərbaycanlı baş məşqçidir.
"Atlılar"ı 11 dəfə Azərbaycan çempionu edib, kluba 6 dəfə ölkə kubokunu qazandırıb.
2011-ci ildə "Əməkdar məşqçi" fəxri adı ilə də təltif olunub.
Mediasport.com.az
