Azərbaycanlı hakimlər KL-in pley-off oyunlarında söz sahibi olacaqlar

Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Konfrans Liqasının pley-off oyunlarına təyinat alıblar.
"Mediasport" xəbər verir ki, Ağayev Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Məsiyev Sloveniyada "Çelye" ilə Çexiyanın "Banik Ostrava" komandasının matçını idarə edəcək.
Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.
Xatırladaq ki, hər iki oyun avqustun 21-də keçiriləcək.