Millimizin baş məşqçisi Dioqu Jotanın faciəvi ölümündən danışdı

Millimizin baş məşqçisi Dioqu Jotanın faciəvi ölümündən danışdı

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Portuqaliya yığmasının hücumçusu Dioqu Jotanın faciəvi ölümü haqda danışıb.

"Mediasport" xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinin vaxtsız vəfatından çox kədərləndiyini dilə gətirib.

70 yaşlı mütəxəssis "A Bola"ya açıqlamasında belə vaxtda danışmaın çox çətin olduğunu bildirib:

"Onun üçün çox dua edə bilərəm. Jota millidə mən baş məşqçi olanda - 22 yaşında debüt edib. Dünyanın ən yaxşısı olan Kriştianu Ronaldunun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Zədəyə görə Qətərdəki dünya çempionatına gedə bilməmişdi. Hazırda mənim düşünəcəyim yeganə şey onun ailəsi, həyat yoldaşı və geridə qoyduğu üç övladıdır".

Qeyd edək ki, "Liverpul"un forvardı İspaniyada keçirdiyi avtomobil qəzasında qardaşı Andre Silva ilə birlikdə həlak olub.