Azərbaycan yığma komandaları Xorvatiya və Lüksemburqa qarşı

 Azərbaycan yığma komandaları Xorvatiya və Lüksemburqa qarşı

Azərbaycanın kişilərdən və qadınlardan ibarət voleybol yığmaları bu gün növbəti oyunlarına çıxacaqlar.

"Mediasport" xəbər verir ki, Qızıl Avropa Liqasında yarışan qadın millimiz səfərdə Xorvatiya ilə qarşılaşacaq.

Zadar şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla üz-üzə gələcək. Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini məğlub edib (3:0)