“Neftçi”nin “Turan Tovuz”la matçının biletləri 2 AZN-ə satılır
Oktyabrın 24-də Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlər sektorlar üzrə mərhələli şəkildə satışda olacaq.
İlkin mərhələdə biletlər “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına satılır.
Qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.
Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:
- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN .
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, “Palms Sports Arena”da baş tutacaq matç saat 19:00-da start götürəcək.

