"Turan" finala vəsiqə qazandı

 "Turan" finala vəsiqə qazandı

Qadın voleybolçuların Yüksək Liqasında finalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, həlledici qarşılaşmada "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar.

Final matçı aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bürünc medallar uğrunda duel isə həmin gün "Gəncə" və "Milli Aviasiya Akademiyası" arasında reallaşacaq.