Azərbaycan çempionu Rumıniya klubundan milli üzvünü gətirdi

 Azərbaycan çempionu Rumıniya klubundan milli üzvünü gətirdi

Voleybol üzrə Azərbaycan millisinin üzvü Anastasiya Bayduk karyerasını Azərbaycanda davam etdirəcək.

"Mediasport" xəbər verir ki, hücumçu son ölkə çempionu “Azərreyl”ə keçib.

Tərəflər arasında 1 illik müqavilə bağlanılıb.

O, son olaraq Rumıniyada “Tırqu Mureş”də forma geyinib. Karyerası ərzində Azərbaycanda “Telekom” və “Murov AZ Terminal”da çıxış etmiş Bayduk Polşa, Macarıstan və Fransada legioner həyatı yaşayıb.