4-də Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

 4-də Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Oktyabrın 4-də voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

"Mediasport" xəbər verir ki, tədbir İtaliyanın Bari şəhərindəki məşhur “Norman-Swabian” qalasında reallaşacaq.

Yarışın final mərhələsi 2026-cı ildə təşkil olunacaq qitə birinciliyi 21 avqust - 6 sentyabr tarixlərində təşkil ediləcək.

 “EuroVolley 2026”nın biletləri noyabrın 7-dən satışa çıxacaq.

AÇ-nin oyunları Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Göteborq (İsveç) şəhərlərində baş tutacaq.

Püşkatmada Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.