Bakıda kata festivalı keçiriləcək

  Bakıda kata festivalı keçiriləcək

Cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində "Kata for All" kata festivalı keçiriləcək.

"Mediasport" xəbər verir ki, festivalda Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər və gənc cüdoçular üçün seminar təşkil olunacaq.

16-17 avqustda baş tutacaq festivalın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.