Dünya üçüncüsü olan Murad Fətiyev: "Atam həmişə deyirdi ki..."

Dünya üçüncüsü olan Murad Fətiyev: "Atam həmişə deyirdi ki..."

"Bu yarış ən böyük turnirlərdən biri olduğu üçün çox ağır keçdi. Komanda olaraq hər bir idmançı çox yaxşı hazırlaşmışdı, çünki 5-6 ay bizim ağır hazırlıq prosesimiz getdi".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Murad Fətiyev deyib.

90 kq çəki dərəcəsində yarışan millimizin üzvü Bakıda keçirilən dünya çempionatında qazandığı bürünc medalla bağlı təəssüratlarını bölüşüb.

O, atasının da cüdoçu olduğunu və onun arzularını reallaşdırmaq üçün çalışdığını söyləyib:

"Şükürlər olsun ki, hamımız yaxşı çıxış elədik və hər gün medal götürdük. İndi daha iki günümüz var. Ümid edirəm ki, medal sayını artıracağıq.

Atam həmişə deyirdi ki, sən dünya çempionu olmalısan. Bu onun ən böyük arzusu idi. 

Tatamiyə çıxanda da birinci onu fikirləşirdim ki, dünya çempionu olum, atamı sevindirim. Çünki o, idmanla nəfəs alır. Məni də belə böyüdüb".