Dünya çempionatı: Üç cüdoçumuz 1/4 final mərhələsinə adını yazdırdı

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir.
"Mediasport" xəbər verir ki, üç idmançımız 1/4 final mərhələsinə yüksəlib.
Xədicə Abdullayeva, Gülşən Hüseynova (hər ikisi 44 kq) iki qarşılaşmada qələbə qazanıb.
Anar Quliyev (50 kq) 1/8 finalda ermənistanlı Narek Davtyanı üstələyib.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) 1/16 finalda məğlub olublar. Məhəmmədəli Hüsiyev (55 kq) 1/16 finalda qalib gəlib.
Dünya çempionatında fərdi yarışlar avqustun 30-dək davam edəcək.
Avqustun 31-də qarışıq komandaların mübarizəsi baş tutacaq.