Bakıda UFC turniri keçiriləcək
Bu gün Bakıda Mütləq Döyüş Çempionatının (UFC) ikinci turniri baş tutacaq.
"Mediasport" xəbər verir ki, yarışlar Milli Gimnastika Arenasında təşkil olunacaq.
İlkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da start götürəcək.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə qarşılaşacaq.
"UFC Fight Night Baku"
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) - Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Brunno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)


