Raul Qonzales peşəkar məşqçilik karyerasına La Liqa 2-də başlayır
İspaniya futbolunun əfsanəvi simalarından Raul Qonzales məşqçi kimi ilk peşəkar müqaviləsini bağlayıb.
"Mediasport" xəbər verir ki, "Real" Madridin əfsanəvi futbolçusu "Ovyedo"nun baş məşqçisi təyin edilib.
2019-2025-ci illərdə "kral klubu"nun akademiyasında (U-19 və "Kastilya") çalışmış mütəxəssis Sequnda klubu ilə 2,5 illik anlaşmaya qol çəkib.
La Liqa 2-də 13 turdan sonra 9-cu pillədə qərarlaşmış komandanın aktivində 21 xal var və lider "Almeriya"dan 8 xal geri qalır.
Xatırladaq ki, Raul məşqçi kimi 2020-ci ildə "Real"ın U-19 komandası ilə UEFA Gənclər Liqasında çempion olub, sonrakı 5 ildə "Kastilya"ya rəhbərlik edib.

