"Bakı çox mükəmməldir, bu cür gözəl olacağını təsəvvür etmirdim"

"Bakı çox mükəmməldir, bu cür gözəl olacağını təsəvvür etmirdim"

“Hər kəsi təbrik edirəm. Bakı çox mükəmməldir, bu cür gözəl olacağını təsəvvür etmirdim".

"Mediasport" xəbər verir ki, bu sözləri UFC-nin prezidenti Dana Uayt deyib.

O, Bakıda ilk dəfə keçirilmiş döyüş gecəsindən sonra təəssüratlarını bölüşüb:

"Azərbaycana gəldiyim üçün xoşbəxtəm. Bakı şəhəri və yeməkləriniz inanılmazdır. İnsanlar qonaqpərvərdirlər. Azərbaycan haqqında həyat yoldaşıma danışmışam. Prezident İlham Əliyevlə görüşdük. Gözəl hisslər idi”.

Qeyd edək ki, Bakı Kristal Zalında ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Gecənin əsas döyüşündə Xəlil Rauntri ABŞ-dən olan həmyerlisi Camal Hillə qalib gəlib.

Azərbaycanın turnirə qatılan 3 təmsilçisinə gəlincə, Rafael Fiziyev və Nazim Sadıxov qələbə qazanıb, Tofiq Musayev məğlub olub.