"Kənardan rahatlıqla qazanılmış qələbə kimi görünə bilər" - TORAL

"Kənardan rahatlıqla qazanılmış qələbə kimi görünə bilər" - TORAL

"Oyunun əvvəlində hesabda geri düşməyimizə baxmayaraq, inanırdım ki, bunu dəyişə biləcəyik. Çünki pley-offun bir addımlığındaydıq. Artıq zamanı gəlib. Ümid edirəm ki, hər şeyin ən yaxşısını edərək istədiyimiz nəticəyə çatacağıq".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.

Müdafiəçi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə cavab oyununda (5:1) rahat qələbə qazanmadıqlarını söyləyib:

"Şkendiya" ilə çox çətin iki oyun oynadıq. Şükürlər olsun ki, bu imtahandan da üzüağ çıxdıq. Kənardan rahatlıqla qazanılmış qələbə kimi görünə bilər.

Hesab heç kimi yanıltmasın. Bu, futboldur. Hər cür hesab qeydə alına bilər. Nəhəng klublar da böyükhesablı məğlubiyyətlər yaşayır. 

Toral qitənin ali klub turnirinin pley-off mərhələsi haqqında da fikirlərini bölüşüb:

"Bir qədər rahatlaşdıqdan və rəqibin kimliyi dəqiqləşəndən sonra pley-off haqqında düşünməyə başlayacağıq. Rəqib kim olursa-olsun, bizim öz fəlsəfəmiz, oyun üslubumuz var. Düşünürəm ki, hər şeyi düzgün icra etsək, uğurlu nəticə qazana bilərik.

Bizim əsas hədəfimiz hər zaman yüksək pillələr uğrundadır. Ən yaxşı nə varsa, ona doğru can atırıq. Liqa mərhələsinə gedən yolda daha iki matçımız var. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq".

Xatırladaq ki, "köhlən atlar"ın liqa mərhələsinə gedən yolda növbəti rəqibi Macarıstanın "Ferensvaroş" klubu olacaq.

Ağdam təmsilçisinin pley-offda ilk oyunu avqustun 19-da səfərdə, cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq.

https://youtube.com/shorts/4_zUL03kgis?feature=shared