"Neftçi" ilə matçda meydandan qovulan Mikelsin cəzası açıqlandı

"Neftçi" ilə matçda meydandan qovulan Mikelsin cəzası açıqlandı

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Coy Lens Mikelsin cəzasını açıqlayıb.

"Mediasport" xəbər verir ki, "Neftçi" ilə Premyer Liqanın 32-ci turunda rəqibin texniki zonasına qarşı kobud hərəkətə yol verən almaniyalı hücumçu iki oyunluq diskvalifikasiya edilib.

Cəzanın bir oyunu şərti olacaq, sınaq müddəti 6 ay seçilib.

"Bayquşlar" buna görə 3000 manat cərimə ödəyəcələr.