"Neftçi" yeni mövsümə hazırlığı qələbə ilə başa vurdu
Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” son yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, paytaxt klubu I Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.
“Palms Sports” Futbol Mərkəzində baş tutan görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib.
Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib.
63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub.
Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.


