"Neftçi"dən azarkeşlərinə JEST

"Neftçi"dən azarkeşlərinə JEST

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" - MOİK matçına giriş pulsuz olacaq.

"Mediasport" xəbər verir ki, ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, oktyabrın 29-da "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.