Milli komanda İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandı
Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
"Mediasport" xəbər verir ki, komandamız finalda Özbəkistan yığması ilə qarşılaşıb.
Görüş cüdoçularımızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, millimizin üzvləri noyabrın 21-də yekunlaşacaq İslamiadanın fərdi yarışlarında 2 qızıl, 2 gümüş və 5 bürünc medal qaznaıblar.
