Azərbaycan cüdoçuları Sofiyada mübarizəyə start verəcəklər - DÇ

 Azərbaycan cüdoçuları Sofiyada mübarizəyə start verəcəklər - DÇ

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə qoşulacaq.

Xatırladaq ki, Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Cüdo üzrə dünya çempionatı

Qızların mübarizəsi

-44 kq, 1/16 final

Gülşən Hüseynova - Yana Pritulyak

Xədicə Abdullayeva - Aynara Seitjanova

Oğlanların mübarizəsi

-50 kq, 1/16 final

Rza Xəlilli - Tsvetelin Martinov

-50 kq, 1/8 final

Anar Quliyev - Narek Davtyan / Dikqang Kvadibana cütünün qalibi ilə

-55 kq, 1/16 final 

Rəsul Əlizadə - Badar-Uqan Badamdorj

Məhəmmədəli Hüsiyev - Viktor Uqo Silva

Təsnifat görüşləri - 12:00-dan etibarən

Final bloku - 17:30-dan etibarən