Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazandı

  Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazandı

Çinin Çendu şəhərində 12-ci Dünya Oyunları davam edir.

"Mediasport" xəbər verir ki, Tofiq Əliyev tamblinq üzrə keçirilən yarışlarda gümüş medal qazanıb (30,500 xal).

Buna qədər təmsilçilərimiz 2 gümüş medal qazanmışdı.

Dünən karateçi İrina Zaretska və akrobatika üzrə Daniyel Abbasov və Murad Rəfiyev cütlüyü də medal qazananlar sırasında olublar.