Natalya Vallek Türkiyə yarışında Azərbaycan adına ilkə imza atdı

Azərbaycanın Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek Türkiyənin paytaxtı Ankarada keçirilən "GranFondo" yarışının qalib olub.
"Mediasport" xəbər verir ki, təmsilçimiz bununla Azərbaycan velosiped tarixinə ilk dəfə beynəlxalq "GranFondo"da 1-ci yeri tutan idmançı kimi düşüb.
Vallek 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb. O, öz yaş kateqoriyasında da 1-ci yeri tutub.
Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqroiyası) 6-cı, Vüqar Salahov (40-44 yaş kateqoriyası) isə finişə 12-ci çatıblar.
Azərbaycan 1000-ə yaxın velosipedçinin iştirak etdiyi yarışda Musa Mikayılzadənin rəhbərliyi altında 3 idmançı ilə təmsil olunub.