Nihat və Həsrət Avropa çempionatının finalında!

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatında finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli yarımfinalda moldovalı Avropa çempionuna tüm üstünlüklə qalib gəlib.
67 kq çəki dərəcəsində qızıl medal ümidimiz Həsrət Cəfərov isə final yolunda türkiyəli rəqibini ilk hissədə böyük üstünlüklə məğlub edib.
İdmançılarımız final görüşlərini sabah keçirəcəklər.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən 55 kq-da Eldəniz Əzizli bir qədər sonra finalda güləşəcək.
Qitə birinciliyinə sabah yekun vurulacaq.