Daha iki güləşçimiz "Çempionlar" turnirində medal qazandı

 Daha iki güləşçimiz "Çempionlar" turnirində medal qazandı

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıblar.

60 kq-da Ayxan Cavadov gümüş, Vədat Qasımlı bürünc medal qazanıb.

Xatırladaq ki, güləşçilərimiz ilk gündə də iki medal əldə etmişdilər.  Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc mükafata yiyələnib.

Bu gün 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaqlar.

Ölkəmiz turnirə 25 idmançı ilə yollanıb: Elvin İbadov, Turan Daşdəmirov, Xalid Ələsgərov (hamısı 55 kq), Ayxan Cavadov, Vədat Qasımlı, Səid Xəlilov, Əmrah Əmrahov (hamısı 60 kq), Tural Əhmədov, Məhəmməd Qasımzadə (hər ikisi 63 kq), Roman Kərimov, Elşən İslam (hər ikisi 67 kq), Fəraim Mustafayev, Seymur Qasımov, Kamran Rəcəbli, Əli Məlikov (hamısı 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Cavidan Nəhmətov, Elmin Əliyev, Elvin Osmanlı (hamısı 82 kq), Orxan Hacıyev, Abdullah Həsənov (hər ikisi 87 kq), İsmayıl Rzayev (97 kq), Məzaim Mərdanov və Museyi-Kazım Hüseyn (hər ikisi 130 kq).