Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçına təyinat aldı

Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçına təyinat aldı

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, FİFA referisi UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Macarıstanlı Tomaş Baqnar VAR, Ferents Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.