"Sona qədər mübarizə apardıq, komandamızla fəxr edirəm”
"Qarabağ"ın futbolçusu Kamilo Duran komandasının UEFA Çempionlar Liqasındakı çıxışı haqda düşüncələrini bölüşüb.
"Mediasport" xəbər verir ki, kolumbiyalı vinger bu barədə fikirlərini sosial şəbəkə hesabında paylaşıb:
"Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Tanrıya minnətdaram. Dəstəklərinə görə azarkeşlərə, mesajlara görə isə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”.
Xatırladaq ki, Qurban Qurbanovun komandası bu mövsüm Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
Duran isə təmsilçimizin heyətində 5 qol və 1 məhsuldar ötürmə ilə Radamel Falkao və Cekson Martinesdən sonra bu turnirdə bir mövsüm ərzində azı 5 dəfə fərqlənən 3-cü futbolçu kimi Kolumbiyanın tarixinə düşüb.
